Rafael Dadaşovun keçmiş həyat yoldaşı, vaxtilə populyar olan "Sevil" vokal kvartetinin üzvü Sədaqət Dadaşova Türkiyədə "Zuhal Topalla İzdivac" proqramında qatılıb.
Baki-xeber.com verilişi izləyənlərin məlumatına əsasən xəbər verir ki, 64 yaşlı Sədaqət Dadaşova bu proqramda Oqtay bəyə talib olub. Xəbərə görə, onların söhbəti alınıb və yaşlı cütlük çay içməyə yollanıb.
Qeyd edək ki, verilişin xüsusiyyətinə görə, çay içməyə yollanmaq həm də ilkin razılıq deməkdir.
Onu da bildirık ki, Sədaqət Dadaşova müğənnilər Brilyant Dadaşovanın bacısı, Səidə Dadaşovanın isə anasıdır.