Cümə axşamı günü, 05 noyabr 2026
     

İlham Əliyev Yeni Ağdağ gips zavodunun açılışını etdi

Image


Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda "Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib.

Baki-xeber.com-un Prezidentin rəsmi internet səhifəsinə istinadən xəbərinə görə, əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakıətrafı qəsəbələr üzrə ödənilən güzəştli kreditlər barədə məlumat verib. Qeyd edildi ki, indiyədək Fondun vasitəsilə Bakıətrafı qəsəbələr üzrə 2220-dək sahibkara 430 milyon manat güzəştli kredit verilib. Bu məbləğin 286 milyon manatı yeni texnologiyalara əsaslanan 86 müəssisənin yaradılmasına ayrılıb. Bu müəssisələrin arasında transformator, elektrotexniki avadanlıqlar, qida sənayesi, tikinti materialları, neft-kimya sənayesi avadanlıqları, çörək zavodları, tikiş fabriki, logistik mərkəzlər və digər istehsal sahələri var. Bakıətrafı qəsəbələr üzrə verilmiş kreditlər hesabına 26 mindən çox yeni iş yeri yaradılıb. Qaradağ rayonu üzrə isə 100 sahibkara 78 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3700-dən çox yeni iş yeri açılıb.

Sonra "Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov şirkət barədə məlumat verib. Bildirilib ki, bu şirkətin tərkibinə 5 zavod - quru inşaat qarışıqları zavodu (illik istehsal gücü 100 min ton), boya zavodu (5 min ton), beton qatqıları zavodu (5 min ton), gips hörgü bloku zavodu (250 min kvadratmetr) və Ağdağ gips zavodu (250 min ton) daxildir. Bu zavodlarda 800-dən çox iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 600 manatdır. Prezident İlham Əliyevə şirkətin perspektiv layihələri barədə məlumat verilib. Şirkət tərəfindən 4 zavodun - Qaradağda illik istehsal gücü 8 milyon kvadratmetr olan gips karton-alçipan və 35 min ton olan mineral yun, Qazaxda 50 min ton olan əhəng və Balaxanıda 300 min ton zənginləşdirilmiş kvars qumu zavodlarının tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 105 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1500 daimi və 500 mövsümi iş yeri açılacaq. Yeni zavodların işə başlaması Lerik, Abşeron, Qaradağ, Qobustan, Daşkəsən, Goranboy və Qazax rayonlarında yardımçı istehsal sahələrinin də yaradılmasına imkan verəcək. Şirkətin 6-cı müəssisəsi olan Yeni Ağdağ gips zavodu 4,4 hektar sahədə yaradılıb. Burada gips əsaslı tikinti materialları istehsal ediləcək. Müəssisədə yüksək keyfiyyətli məhsul əldə etmək üçün bütün şərait yaradılıb. Zavodda müasir və qabaqcıl texnologiyaların tətbiqi məhsulun maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətin əldə edilməsinə və idxalın əvəz olunmasına imkan yaradır. Zavodun Goranboyda gips və Daşkəsəndə kalsid karxanaları var. Bu karxanalarda 100 nəfər çalışır. Müəssisənin illik istehsal gücü 400 min ton təşkil edir. Bu zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə "Mətanət-A” şirkətinə Fond tərəfindən 2,5 milyon manat güzəştli kredit ayrılıb.

Dövlət başçısı Yeni Ağdağ gips zavodunda istehsal ediləcək məhsullara da baxıb. Bu məhsullar müasir standartlara cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Müəssisədə quraşdırılan müasir avadanlıq hesabına məhsullar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların daxili tələbatın ödənilməsi ilə yanaşı, 50 faizinin Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və Ukraynaya ixrac olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev "Mətanət-A” şirkətinin digər zavodlarında istehsal edilən məhsullarla da tanış olub. Bildirilib ki, şirkətin zavodlarında 1000-dən artıq çeşiddə məhsul buraxılır. Bu məhsullar satışa 200-dən artıq ticarət markası ilə çıxarılır. Şirkət bir neçə patentləşdirilmiş ixtiranın müəllifidir. 2000-ci ildə yaradılan bu şirkət fəaliyyətində "daha aşağı qiymətə, daha keyfiyyətli məhsul əldə etmək” devizini əsas meyar seçib. Şirkət məhsullarını İran və MDB ölkələrinə ixrac edir. Zavodlarda nano və smart texnologiyalar tətbiq edilir ki, bu da məhsulun yüksək keyfiyyətli olmasında mühüm rol oynayır. Ekoloji təmizliyi ilə də seçilən məhsullar arasında dünyanın əksər ölkələrində patentləşdirilmiş fasadda ağlay daşını yaradan quru qarışıq - FASNATURAL məhsulu da var. Su hopmayan bu məhsulun özəlliyi fasadın yükünü 11 dəfəyədək azaltması və şaxtaya tam davamlı olmasıdır.

Dövlət başçısı Yeni Ağdağ gips zavodunu işə salıb. Sonra Prezident İlham Əliyev zavod kollektivinin üzvləri ilə görüşüb söhbət edib. Sonda xatirə şəkli çəkdirilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ