Yanvarın 29-da axşam saatlarında Xəzər dənizinin Türkmənistan sektorunda cəsəd aşkar edilib. Onun "Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir. Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, bu barədə Azərbaycan tərəfinə diplomatik kanalllarla məlumat verilib.
Hazırda nazirliyin "BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi istiqamətində hazırlıq işlərinə başlandığı xəbər verilir.