"Siyəzən" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisisində yanğın baş verib.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 12 km aralı) baş verib. Vətəndaşa məxsus "Siyəzən” ASC-nin ərazisində ümumi sahəsi 1068 kv.m olan broyler sexinin döşəməsi 278 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.