"İslam dövləti” terrorçu təşkilatı Yəmən prezidenti Abd-Rabbo Mənsur Hadinin iqamətgahı önündə törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Reuters” yerli mətbuata istinadən məlumat verib. Xəbərə görə, terrorçu-intiharçının iqamətgahın 500 metrlik məsafəsində özünü partlatması nəticəsində prezidentin təhlükəsizlik xidmətinin 10 əməkdaşı həlak olub, 20 nəfər isə yaralanıb.