Parisdə rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani Yelisey sarayında Fransa prezidenti Fransua Ollandla mətbuat konfransı keçirildiyi sırada Sarayın önündə etiraz aksiyası keçirilib.
Baki-xeber.com-un DHA-ya istinadən xəbərinə görə, Denfert-Rochereau Meydanında toplanan yüzlərlə insan daha sonra sloganlarla DİN, Parlament və Hərbi Muzeyin önündən keçməklə İnvalides Meydanına qədər yürüş edib. Təhlükəsizlik səbəbilə polis Yelisey sarayına yaxın küçələrə girişi bağlayıb. Aksiyada ən çox diqqət çəkən isə üzərində "Ruhani 2000 nəfəri edam etdi” sözləri yazılmış avtomobil və onun üzərində qurulan simvolik edam səhnəsi olub. Eyni zamanda avtomobilin üzərində edam edilənlərin fotoları yer alıb. Aksiyada "Ruhaniyə yox!” şüarları səsləndirilib.