Obama administrasiyası ABŞ Maliyyə nazirliyinin Rusiya prezidenti Vladimir Putin haqqında səsləndirdiyi korrupsiya ittihamları ilə eyni mövqe nümayış etdirib. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, belə bir açıqlama ilə Ağ Evin mətbuat katibi Coş Ernest jurnalistlərə ABŞ maliyyə nazirinin müavini Adam Şubinin məsələ ilə bağlı BBC-yə müsahibəsini şərh edərkən çıxış edib.