Qazaxıstanın cənubunda vertolyotun düşməsi nəticəsində 5 nəfər həlak olub. Bu barədə baki-xeber.com "İnterfaks”a istinadən xəbər verir.
Xəbərə görə, "Aspan” şirkətinə məxsus MD-600 vertolyotu xəstə körpəni Uşarala şəhərindən vilayət mərkəzi Taldı-Kurqanda xəstəxanaya çatdırmalı imiş. Vertolyotda 5 nəfər olub – pilot, həkim-hemotoloq, feldşer, xəstə uşaq və anası. Qazaxıstan DİN-in yaydığı informasiyaya görə, onların hamısı həlak olub.
Faktla bağlı cinayət işi açılıb.