"Avtovaz” işçilərin maaşlarının 20 faiz endirilməsi barədə qərar qəbul edib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, müəssisə artıq bu qərarını keçirdiyi mətbuat konfransında elan edib.
Qərar həm də onunla əlaqədardır ki, 15 fevral tarixindən Tolyatti avtonəhəngi həftədə 4 günlük iş rejiminə keçir.”Maaşlar 15 fevral tarixindən 20 faiz endirilir. Artıq 3 minə yaxın işçi isə sosial işlərə keçirilib”- müəssisənin prezidenti Bu Andersson bildirib.
Daha öncə əmək naziri Maksin Topilin "Avtovaz”ın bu il 2 minə yaxın işçisini ixtisar edə biləcəyini bildirmişdi.
O da xəbər verilir ki, 2015-ci ildə müəssisə 269 min Lada avtomobili satıb, bu isə 2014-cü ilin analoji göstəricilərilə müqayisədə 30 faiz az satış deməkdir.