Fransa Avropa İttifaqına İrana qarşı yeni sanksiya təklifilə çıxış edib. Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, buna səbəb İslam Respublikasının bu yaxınlarda raket sınaqları keçirməsidir.
AR agentliyinin xəbərinə görə, Aİ-nin iki nümayəndəsi Fransanın ötən həftə Aİ ölkələri xarici işlər nazirlərinin görüşündə bu təkliflə çıxış etdiyini bildirib. Həmin xəbəri "Reuters” də yayıb.
Xatırladaq ki, İran İslam Respublikası "Altılıq” ölkələrinin tələblərini yerinə yetirməklə ona nüvə fəaliyyətilə bağlı tətbiq olunan beynəlxalq sanksiyaları üzərindən qaldırmağa nail oldu. Bu sanksiyaların qalxması ilə İranın Qərblə on ildən çox davam edən soyuq münasibətləri də isinməyə başlayıb.