ABŞ Türkiyənin İŞİD-lə qanunsuz neft alveri barədə deyilənləri əsassız adlandırıb. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, bu barədə Dövlət Departamenti mətbuat xidməti başçısının müavini Mark Toner bildirib.
"Türkiyənin İŞİD-lə qanunsuz neft alveri barədə səslənən iddia və suçlamaların heç bir əsası yoxdur. Biz bu qiymətləndirmə ilə razı deyilik”- TASS cənab Tonerin sözlərindən iqtibas gətirir.
Xatırladaq ki, daha öncə İsrailin müdafiə naziri Moşe Yaalon özünün yunan həmkarı Panos Kammenosla görüşündə İŞİD-in "türk pulları ilə təmin olunduğunu” bildirib. Daha əvvəl isə Rusiya prezidenti belə bir ittihamla çıxış etmiş, hətta əlində bu alveri sübut edən peyş çəkilişlərindən görüntülər olduğunu bildirmişdi.