Tailand ərazisində qəfil soyuqların düşməsi 21 nəfərin ölümünə səbəb olub. Bu barədə baki-xeber.com ria.ru-ya istinadən xəbər verir.
"Hazırda bizdə 21 nəfərin hipotermiyadan dünyasını dəyişməsi barədə təsdiqlənmiş informasiya var. Bu hallara Tailandın şimal-şərq rayonlarında daha çox təsadüf olunub. Anomal soyuqların düşdüyü həmin ərazilərdə gecə saatlarında havanın temperaturu hətta sıfırdan da aşağı düşüb”- deyə agentliyə hidrometeoroloji mərkəzdən bildirilib. Xəbərdə ölənlərin təkcə qocalar olmadığı, 30-40 yaşlarında gənc kişi və qadınların da adət etmədiyi soyuğa davam gətirməyərək dünyasını dəyişdiyi bildirilir. Onların yatmazdan öncə isinmək üçün alkoqol qəbul etdiyi, lakin qalın geyimləri olmadığı üçün yataraq donduqları bildirilir.
Əlaqədar orqanlar onu da bildirir ki, bu rəqəm sonuncu deyil və ölüm hallarının artacağını təxmin edirlər.