İran əsilli keçmiş amerikan dəniz piyadası Hüseyn Hayer iki məhbusla birlikdə Kanada həbsxanasından qaçıb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, qaçış olayını araşdıran prokuror 37 yaşlı Hayeri "ikinci Hannibal Lekter” adlandırıb. Buna səbəb, onun dediyi kimi, sözügedən cinayətkarın əfsanəvi filmin qəhrəmanı kimi qəddarlığı ilə seçilməsidir. Deyilənə görə, 2012-ci ildə bir narkodilerin bandanın pulunu mənimsəməsindən şübhələnən Hayer onu qaynaq lampası ilə ölənə qədər işgəncəyə məruz qoyub. Eyni zamanda o, bir başqa ortağını digər şübhəlinin cinsi orqanını kəsməyə məcbur edib.
Prokuror Hizer Braun onu "şeytan kimi hiyləgər və qəddar” olaraq xarakterizə edir. Məhbusların türmənin texniki tunelində dəmir şəbəkəni kəsərək qaçdığı bildirilir. Onları görərək xəbər verənlər üçün 50 min dollar mükafat elan olunub.