Həştərxan yaxınlığında - Volqa-Kaspi kanalında İranın "Nardiz” teploxodunda yanğın baş verib. Rusiya Federasiyası FHN-in yerli bürosunun xəbərinə görə, gəminin göyərtəsində 11 nəfər var və hələlik hər hansı insan tələfatı barədə məlumat daxil olmayıb.
Yanğın barədə informasiya FHN pultuna səhər erkən saatlarda daxil olub. Dərhal gəmiyə "Kapitan Çeçkin” buzqıran gəmisi yaxınlaşıb və gəmidə olanlar evakuasiya edilib. Teploxod və buzqıran gəmilərin ekipajlarının köməyilə gəminin bir hissəsində yanğını söndürmək mümkün olub. "Yanğınsöndürmə əməliyyatı davam edir. Hər hansı xəsarət olayı barədə məlumat verilmir”- TASS agentliyinə Həştərxan vilayəti FHN-dən bildiriblər.
"Nardiz” teploxodu Həştərxandan İranın Ənzəli şəhərinə üzürmüş.