Suriyanın Homs şəhərində törədilən ikiqat terror aktı 22 nəfərin həyatını yarımçıq qoyub. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, həlak olan 22 nəfərdən əlavə daha 100 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yerli televiziyanın xəbərinə görə, hadisə şəhərin əz-Zəhra rayonunda baş verib. Həmin rayonda bunun ilk terror hadisəsi olmadığı deyilir. Xəbərə görə, partlayışlar bir neçə dəqiqəlik intervalla baş verib. Məhz bu da dana çox insanın xəsarət almasına gətirib. Belə ki, ilk partlayışın ardından kütlə hadisə yerinə axışarkən ikinci partlayış baş verib.
Terror aktinin məsuliyyətini "İslam dövləti” öz üzərinə götürüb.