Bu günlərdə vergilər naziri Fazil Məmmədov ölkənin vergi sisteminin problem və perspektivlərindən danışarkən bəzi maraqlı açıqlamalar, daha doğrusu, təkliflər də verib. Bu sırada o, repetitorların vergiyə cəlb edilməsinin mümkünlüyünü də qeyd edib. Ancaq bu zaman nazir verdiyi təklifə tutarlı bir əks-arqument də gətirib. Deyib ki, onlar vergiyə cəlb olunarlarsa, sosial vəziyyətlərinin ağırlaşacağını önə sürürlər. Həqiqətən tutarlı səbəbdir. Hörmətli nazirin nəzərinə çatdıraq ki, göstərdiyi səbəblə repetitorları vergiyə cəlb etməkdə tərəddüd etməsi tam başadüşüləndi. Bravo! Ancaq onu da əlavə edək ki, indi repetitor müəllimlər bu ölkənin təhsil sisteminə daha savadlı şagirdlər vermək üçün yeganə çarəmizdir. Xalqı bu çarədən məhrum etməmək üçün, fikrimizcə, repetitorların vergiyə cəlbini bir qədər də ləngitmək olar. Bəlkə, belə daha yaxşıdır?...
Baki-xeber.com