Türkiyə hökuməti Suriyada vəziyyətə dair danışıqları boykot edə bilər. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, buna səbəb Kürd Fəhlə Partiyası (PKK) nümayəndələrinin də danışıqlara qatıla biləcəyidir.
Bu barədə Türkiyə hökumətinin mövqeyini TC xarici işlər naziri Mövlut Çavuşoğlu bəyan edib. Qeyd edək ki, sözügedən danışıqlar 29 yanvar tarixində Cenevrədə başlayır. PKK-nın orada iştirakı isə Rusiyanın arzusudur.
Onu da bildirək ki, daha öncə İsveçrə BMT-nin dəvət etdiyi nümayəndə heyətlərinə, o cümlədən mülayim Suriya müxalifətinə ölkəyə giriş icazəsi verdiyini açıqlayıb.