Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezident İlham Əliyev sahibkarlara daha yaxşı şərait yaratmağa çağırdı (YENI)

Image


Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib: "Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür".

Prezident İlham Əliyev bildirib ki, bütün gördüyümüz işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət yaradaq: "Xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ona görə, ictimai-siyasi sabitliyin təmin olunması Azərbaycanda təbii haldır. Bir də demək istəyirəm ki, milli həmrəylik, vahid amal ətrafında xalqımızın birləşməsi və düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu realllıığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr baş verir, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir. Deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir".

Dövlət başçısı deyib ki, keçən il demokratik inkişaf istiqamətində önəmli addımlar atılıb: "Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlar və iqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə də Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq. Keçən ilin sonunda parlament seçkiləri də bizim demokratiyaya nə qədər sadiq olduğumuzu bir daha sübut etdi. Bütün iştirak etmiş müşahidəçilərin rəyinə görə, parlament seçkiləri şəffaf və ədalətli keçirilib, Azərbaycan xalqının iradəsi və arzuları tam təmin edilib. Seçkilərin nəticələri bizim son illər ərzində apardığımız siyasətimizə çox böyük dəstəkdir. Mən bu seçkilərin nəticələrini belə qəbul edirəm. Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz böyük dəstəyini göstərmişdir. Mən buna görə Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, bütün dünyada baş verən hadisələrə, böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcək".


Sərbəst rəqabətə mane olan bütün faktorlar aradan qaldırılsın

Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanda indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq üçün, daxili və yerli istehsalı sürətləndirmək üçün tədbirlər görülməlidir.

Dövlət başçısı qeyd edib ki, dövlət məmurlarının daha geniş imkanları var ki, öz sözlərini desinlər: "Ona görə, mən istərdim ki, bütün bölgələri təmsil edən sahibkarlar çıxış etsinlər, həm gördüyü işlərlə bağlı məlumat versinlər, eyni zamanda onları narahat edən problemlər müzakirəyə çevrilsin. Bu gün fasilədən sonra nazirlər, dövlət məmurları, icra hakimiyyətləri başçıları və sahibkarlar seksiyalarda öz işini davam etdirəcəklər. Əminəm ki, orada müzakirə olunacaq məsələlər əhəmiyyətli olacaq və müzakirə nəticəsində konkret təkliflər də irəli sürülməlidir".

İlham Əliyev bildirib ki, sahibkarlığın inkişafı üçün çox işlər görülüb və bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən yuxarısı özəl sektorda formalaşır: "Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir. Ancaq yeni dövr yeni vəziyyət, yeni yanaşmaları tələb edir. İndiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq üçün, daxili və yerli istehsalı sürətləndirmək üçün tədbirlər görülməlidir. Müvafiq dövlət qurumlarına artıq tapşırıq vermişəm, ancaq istəyirəm ki, yerlərdə sahibkarlar özləri də o problemləri ortaya qoysunlar ki, bu problemlər öz həllini tapsın.

Bu ilin planları ilə bağlı ilk növbədə demək istəyirəm ki, bütün sosial proqramlar tam icra ediləcək. Bildiyimiz kimi, maaşlar və pensiyalar qaldırıldı, sosial müavinətlər artırıldı. Sosial müdafiə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bazar iqtisadiyyatına sadiqdir və bazar iqtisadiyyatı Azərbaycanda uğurla inkişaf edir. Ancaq biz islahatlar apararkən, hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur, onun problemlərini həll etməliyik. Ona görə, bizim bütün səylərimiz, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməkdir".

Prezident deyib ki, Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş icra ediləcək: "Regionlarda bu il nəzərdə tutulan infrastruktur layihələri icra edilməlidir. Bir çox layihələr artıq icra edilib. Ancaq hələ elektrik enerjisi və qazlaşma ilə bağlı, xüsusilə kənd yollarının tikintisi ilə bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, kənd yollarının tikintisinə bu il əlavə böyük vəsait ayrılmalıdır. Çünki ilk növbədə buna ehtiyac var. Yerlərdən təkliflər irəli sürülür. Eyni zamanda bu bölgələrdə insanlar bu işlərə cəlb ediləcək və işsizlik də aradan qaldırılacaq. İşsizliyə qarşı son illər ərzində çox fəal işlər görmüşük. Və bunun nəticəsidir ki Azərbaycanda işsizlik son illər ərzində 5 faizə düşüb. Bu, doğrudan da bizim tarixi nailiyyətimizdir. Yoxsulluq da işsizliklə bərabər, 5 faizə düşüb. Amma indiki şəraitdə işsizlik arta bilər. Düzdür, artıq yeni iş yerləri açılır və iş yerləri bağlanır. Keçən il ölkədə 80 mindən çox daimi iş yeri açılmışdı, 40 min iş yeri bağlanmışdı. Bu il biz bu statistikanı düzgün aparmalıyıq. O yerlərdə, o bölgələrdə ki iş yerləri bağlanıb, orada daha böyük işlər görülməlidir. Həm dövlət qurumları, həm özəl sektorlar bu məsələni diqqətdə saxlamalıdır".

Dövlət başçısı bildirib ki, kənd yollarının tikintisi isə bu istiqamətdə önəmli addımdır: "Bu, iki məqsəd güdür. Həm infrastruktur yaxşılaşır, həm də insanlar işə cəlb olunur. Və kənd yollarının tikintisində bizim xarici komponentə ehtiyacımız yoxdur. Bütün lazım olan materiallar Azərbaycanda istehsal olunur və kənd yollarının tikintisində valyuta komponenti yoxdur. Bu da indiki şəraitdə çox önəmlidir".

Azərbaycan Prezidenti qeyd edib ki, içməli su layihələri də icra edilməlidir: "Bu layihələr insanları içməli su ilə təmin edəcək və edir, yeni iş yerləri yaradacaq. İçməli su layihələrinin icrasında da daxili istehsal bu işləri təmin edir. Son illər ərzində daxili istehsala verdiyimiz diqqət, qoyduğumuz sərmayə bu reallığı indi təmin edir. Əgər bunu etməsəydik, biz indi idxaldan daha çox asılı vəziyyətdə olacaqdıq. Ona görə də infrastruktur layihələri icra edilməlidir. Bəziləri hesab edirlər ki, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlı biz daha da ixtisar etməliyik. Təbii, bu belədir, ancaq güman edirəm ki, biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha da böyük dinamizm verə bilərik və bunu edəcəyik".

İlham Əliyev vurğulayıb ki, son illər ərzində 1500-ə yaxın subartezian quyusu qazılıb: "Və keçən ilin sonunda bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 10 milyon manat ayrılıb. Ola bilər ki, il ərzində əlavə vəsaitlər ayrılacaq və subartezian quyularının qazılması prosesi davam etdiriləcək".

Dövlət başçısı deyib ki, sosial infrastruktur layihələri davam etdirilməlidir: "Məktəb, tibb məntəqələri, xüsusilə uşaq bağçalarının tikintisinə böyük ehtiyac var. Həm Bakıda, həm böyük şəhərlərdə, həm də kiçik şəhərlərdə. Yeni iş yerlərinin yaradılması bu il xüsusi əhəmiyyət kəsb edir. Çünki bəzi iş yerləri bağlanıb. Son 12 il ərzində 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Amma bu illər ərzində Azərbaycan əhalisi artıb. 2003-cü ildə əhalinin sayı 8,4 milyon idisə, bu il Azərbaycanın əhalisi 9,7 milyon nəfərdir. Bu bizim böyük üstünlüyümüz və inkişafın əlamətidir. Artım dinamikasına nəzər salsaq görərik ki, sürətli inkişaf dövründə əhali daha da artıb. Bu üstünlükdür, eyni zamanda bu bizi daha da fəal olmağa çağırır. Çünki artan əhali artan iş yerləri deməkdir. 1 milyon daimi iş yeri yaradılıb, 1 milyon 300 min əhali artıb. Bu, yeni iş yerləri ilə yanaşı, yeni məktəblər deməkdir, yeni uşaq bağçaları deməkdir, yeni yolların çəkilməsi deməkdir".

Dövlət başçısı qeyd edib ki, şəhərsalma işi daha da düşünülmüş şəkildə aparılmalıdır: "Bizim şəhərlərimiz böyüyür, şəhər infrastrukturu daha güclü şəkildə qurulmalıdır. İçməli su layihələrinin icrasında əhalinin artımı nəzərdə tutulmalıdır. Yəni biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq. Əlbəttə, biz fəxr edirik ki, qısa müddət ərzində 1 milyon daimi iş yeri açmışıq. Ancaq əhali də artıb. Bizim əmək resurslarımız kifayət qədər böyükdür. Həmişə belə olub. Sovet dönəmində də belə olub, bu gün də belədir. Ona görə də bu, çox ciddi məsələdir. Mən çox şadam ki, əhali artıb. Mən bunun tərəfdarıyam. Amma iqtisadiyyat, infrastruktur, iş yerləri normal şəkildə artmalıdır. Ona görə də hökumət bu məsələlərlə bağlı ciddi işləməlidir, konkret uzunmüddətli plan tərtib edilməlidir, əmək resurslarının işlə təmin edilməsi üçün hansısa addımlar atılmalıdır".

Prezident hesab edir ki, indiki şəraiti nəzərə alaraq, sahibkarlar da yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər: "Mənə verilən məlumata görə, son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılıb və ölkədəki müəssisələrin sayı 100 minə yaxındır. Bunların içərisində böyük müəssisələr də var, kiçik müəssisələr də. Ancaq hesab edirəm ki, iş adamları əgər sosial məsuliyyət nöqteyi-nəzərindən bu məsələlərə yanaşsalar və işsiz qalan insanları işə götürsələr və ya ixtisar etmək istədikləri insanları ixtisar etməsələr, bu bizim işimizə töhfə verəcək. Çünki bu, sosial məsuliyyətdir. Bu bizim ümumi işimizdir. Bununla bərabər, artıq mən əmək və əhalinin sosial müdafiəsi nazirinə və Azərbaycanın dövlət şirkətlərinə tapşırıq vermişəm ki, birgə işləsinlər və məşğulluq idarələrinə müraciət edən insanları işlə təmin etmək üçün dövlət şirkətlərində vakansiyalar yaratsınlar.

Əlbəttə ki, biz bazar iqtisadiyyatında yaşayırıq və bu prinsipdən dönməyəcəyik. Hamımız başa düşürük ki, bazar özü hər şeyi tənzimləməlidir ki, nə qədər insan işləməlidir, nə qədər məhsul istehsal edilməlidir. Amma hesab edirəm ki, müvəqqəti və daimi iş yerlərinin açılması prosesi başlanmalıdır, dövlət şirkətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakıda və bölgələrdə nümunə göstərməlidirlər. İşini itirən insanlar bu idarələrə müraciət etsinlər. Əminəm ki, onları işlə təmin etməyə bizdə imkanlar var. Ona görə də, ilk növbədə, dövlət şirkətləri bunu etməlidir, özəl şirkətlərdən isə xahiş edirəm ki, bu faktoru nəzərə alsınlar. Xüsusilə nəzərə alsınlar ki, dövlət sahibkarlığın inkişafına kömək edirsə, həm siyasi dəstək, həm də metodoloji dəstək verir. İqtisadiyyat Nazirliyi bütün layihələr üzrə biznes-planlar hazırlayıb. 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilib. Bu ili nəzərə alsaq, 2 milyard manat edir. Ona görə də sahibkarlar həm iş yerləri, həm istehsal sahələri yaratmalıdırlar, həm də fəaliyyət göstərdikləri bölgələrdə sosial məsuliyyəti hiss etməlidirlər".

İlham Əliyev bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində iş aparılır, müvafiq göstərişlər, sərəncamlar verilib: "Mütləq bu sahə də daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq qurumlar bu istiqamətdə aparılan fəaliyyətimizi yüksək qiymətləndirirlər. Dünya Bankı biznes hesabatında Azərbaycanı yüksək yerlərə layiq görüb. Davos Dünya İqtisadi Forumu ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinə görə Azərbaycanı 40-cı yerə layiq görüb. Biz MDB məkanında birinci yerdəyik".

Dövlət başçısı vurğulayıb ki, biznes, investisiya mühitinin yaxşılaşdırılması, iqrisadi, maliyyə sektorunun tam şəffaflaşması, vergi bazasının genişləndirilməsi, vergi uçotunun sadələşdirilməsi, statistikanın düzgün aparılması çox vacib olan məsələdir: "Mən deyə bilmərəm ki, bu məsələlərin həllində istədiyimizə nail ola bilmişik. Yox. Hələ görüləsi işlər çoxdur, qüsurlar var, onlar aradan götürülür, götürülməlidir. 2016-cı il bu istiqamətdə həlledici rol oynamalıdır. 2016-cı ildə biz bütün maliyyə, iqtisadi sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən təşkil etməliyik. Burada, əsasən, statistika əsas yer tutur. Bizim statistikamız da aparıcı ölkələrin statistikasına xas olan bütün əlamətləri ehtiva edir. Çünki əsas məlumatdır. Biz dəqiq bilməliyik ki, harada nə işlər görülür, hansı məhsullar istehsal olunur. Əgər belə olmasa, gələcək fəaliyyətimizi formalaşdırmaq çətin olacaq. Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Çünki əvvəlcə mən istəyirəm ki, Azərbaycan məhsulları daha çox istehsal olunsun, biz idxaldan asılılığı azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal olunsun. Bununla bərabər, əgər idxal mallarına süni əngəllər yaratmamalıyıq. İdxal qarşısındakı maneələr aradan götürülməlidir, daxili istehsal qorunmalıdır. Ona görə də müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki faktoru təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir".

İlham Əliyev bildirib ki, eyni zamanda inhisarçılığa da yol vermək olmaz: "Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır, çünki bazar o qədər də böyük deyil. Hər hansısa bir və ya iki böyük müəssisə malları üzərinə götürüb. Burada, əlbəttə, antiinhisar xidmətinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir ki, sərbəst rəqabətə mane olan bütün faktorlar aradan qaldırılsın. İnvestisiyaların təşviqi sistemi yaradılıb, tətbiq edilib".


Cənub Qaz Dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir

Prezident bildirib ki, Cənub Qaz Dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir. İlham Əliyev deyib ki, keçən il bizim iqtisadi inkişafımız təmin edilib, baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumdaxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1.1 faiz artıb, ancaq indiki vəziyyətdə, neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq, hesab edirəm ki, bu müsbət nəticədir: "Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8.4 faiz artıb. Budur əsas göstərici. Çünki bu onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir. Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, 6.6 faiz artıb. Budur əsas göstəricilərimiz. Bu onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik və bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək".

Dövlət başçısı qeyd edib ki, enerji sektorunda 2015-ci il yadda qalan il olub: "Cənub Qaz Dəhlizinin icrası istiqamətində çöx önəmli addımlar atılıb. Bildiyiniz kimi, ilin əvvəlində Cənub Qaz Dəhlizinin Bakıda birinci məşvərət şurası keçirilib, bu dəhlizin icrasında iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirdilər. Konkret proqram təsdiq edilib, birgə bəyannamə qəbul edilib ki, orada da Azərbaycanın bu dəhlizin reallaşmasında xüsusi və aparıcı rolu qeyd edilib. Cənub Qaz Dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir, bizim üçün isə bu dəhlizin reallaşması əlavə siyasi, maliyyə, iqtisadi imkanlar yaradacaq və imkan verəcək ki, bizim zəngin qaz resurslarımız dünya bazarlarına bunda sonra onilliklər ərzində ixrac edilsin. Bu da bizə iqtisadi mənfəət gətirəcək, valyuta axını təmin ediləcək və bizim daimi inkişafımız daha da möhkəm olacaq. Bu il Cənub Qaz Dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək. Bildiyiniz kimi bu layihə 4 layihədən ibarətdir – Şahdəniz, Cənub Qafqaz Kəməri, TANAP, TAP. Hər bir layihə üzrə işlər uğurla icra edilir".

Prezident İlham Əliyev bildirib ki, keçən il Azərbaycan dünyaya özünü çox güclü tranzit ölkəsi kimi təqdim edə bilmişdir: "Bildiyiniz kimi nəqliyyat infrastrukturuna qoyulan sərmayə bu imkanları yaradır. Bu gün şərqdən qərbə, şimaldan cənuba gedən yollar Azərbaycandan keçir. Bu da dünya üçün yenilikdir. Bunu biz yaratmışıq. Sərmayələri qoymaqla, gözəl biznes mühitini yaratmaqla biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk. Keçən il və bu il bu istiqamətdə çox önəmli addımlar atılıb. Artıq nəinki Orta Asiyadan Avropaya, Çindən, hətta Cənubi Koreyadan Avropaya Azərbaycan üzərindən yüklər getməyə başlayıb. Eyni zamanda, tarixdə ilk dəfə biz tarixi İpək Yolunu bərpa edirik. Bununla bərabər, ilk dəfə olaraq Avropadan Asiyaya, Ukraynadan Çinə yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Əvvəlki illərdə Gürcüstan, Rusiya üzərindən gedən, Türkiyədən Orta Asiyaya gedən yüklər indi Azərbaycan üzərindən, Xəzər dənizi üzərindən Asiyaya gedir. Bütün imkanları biz yaratmışıq. Biz əgər bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkəsi ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Biz edirik bunları. Nəyə görə? Çünki bu bizim xalqımıza lazımdır, bu bizim dövlətimizi gücləndirir və bizim maraqlarımıza xidmət edir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ