Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezident İlham Əliyev: “2015-ci ildə bütün istiqamətlər üzrə Azərbaycan uğurlu inkişaf dinamikasını saxlaya bilib”

Image


"Bu gün biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik. Üçüncü proqram 2014-cü ildə qəbul edilib və uğurla icra edilir. Hər il bu proqramın icrasını müzakirə edirik. Gələcək fəaliyyətlər üçün istiqamətlər müəyyən edirik. Bir sözlə bu proqramın icrası çox uğurlu addımımızdır”.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, 2004-cü ildə birinci proqram qəbul olunanda məsələ elə qoyulmuşdu ki, Azərbaycan regionları sürətlə inkişaf etməlidir: "Regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun. 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq, Azərbaycanda 2015-ci ildə bir çox məsələlər öz həllini tapıb. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilib".

Prezident İlham Əliyev bildirib ki, o qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alaraq, əlbəttə ki, bu, bizim böyük uğurumuzdur: "Çünki bizim bölgəmizdə qanlı toqquşmalar, müharibələr davam edir, yeni qarşıdurma ocaqları yaranır. Avropada həm iqtisadi böhran yaşanır, eyni zamanda miqrantlarla bağlı vəziyyət gərginləşir. Öz evlərini, yaxınlarını , əmlaknı itirmiş insanlar Avropaya pənah gətirirlər və onları orda nələr gözləyir - hamımızın gözü qarşısında baş verir. Əfsuslar olsun ki, miqrant böhranı Avropada radikal qüvvələrin güclənməsinə gətirib çıxarır. Bu da həm Avropa üçün, həm bizim üçün, həm də dünya üçün çox böyük təhlükədir. Azərbaycan uzun illərdir ki, dinlərarası, sivilizasiyalar arası dialoqun güclənməsində öz rolunu oynayır".

Dövlət başçısı sonra deyib: "Ancaq əfsuslar olsun ki, dünya miqyasında biz dialoq əvəzinə qarşıdurma, anlaşılmazlıq, ədavət görürük. Budur iqtisadi və geosiyasi vəziyyət. Bölgədə və dünyada yaşanan bu vəziyyət, əlbəttə ki, bizi narahat edir. Ancaq eyni zamanda, biz bu vəziyyətdə daha da fəal işləməliyik. Öz siyasətimizi uğurla aparmalıyıq və ölkə qarşısında duran bütün vəzifələri icra etməliyik. 2015-ci ildə də hesab edirəm ki, bütün istiqamətlər üzrə Azərbaycan uğurlu inkişaf dinamikasını saxlaya bilib. Bizim beynəlxalq nüfuzumuz böyük dərəcədə artıb. Keçən il mən 20 rəsmi və işgüzar səfər etmişəm. Azərbaycana 15-dən çox xarici dövlət, hökumət başçısı səfər edib. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə çox fəal rol oynayır və ölkəmizə dünyada çox böyük rəğbət var. Bunu mən hər dəfə xarici səfərlərdə olarkən görürəm. Bu dəfə Davos Fforumunda iştirak edərkən bir daha gördüm ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilmiş uğurlarımıza çox böyük rəğbət, hörmət var. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurla davam edır. Üzv olduğumuz təşkilatlar çərçivəsində fəaliyyətimizi gücləndiririk. Bütün başqa təşkilatlarla da qarşılıqlı hörmət əsasında münasibətlərimizi qurmuşuq və bu münasibətləri dərinləşdirmək istəyirik. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarla fəaliyyətimiz daha da sürətlə aparılacaq. Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür".

Prezident İlham Əliyev sonra qeyd edib ki, bütün gördüyümüz işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət yaradaq: "Xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ona görə ictimai-siyasi sabitliyin təmin olunması Azərbaycanda təbii haldır. Bir də demək istəyirəm ki, milli həmrəylik, vahid amal ətrafında xalqımızın birləşməsi və düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu realllıığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr baş verir, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir. Deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir".

Dövlət başçısı bildirib ki, keçən il demokratik inkişaf istiqamətində önəmli addımlar atılıb: "Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlar və iqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə də Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq. Keçən ilin sonunda parlament seçkiləri də bizim demokratiyaya nə qədər sadiq olduğumuzu bir daha sübut etdi. Bütün iştirak etmiş müşahidəçilərin rəyinə görə, parlament seçkiləri şəffaf və ədalətli keçirilib, Azərbaycan xalqının iradəsi və arzuları tam təmin edilib. Seçkilərin nəticələri bizim son illər ərzində apardığımız siyasətimizə çox böyük dəstəkdir. Mən bu seçkilərin nəticələrini belə qəbul edirəm. Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz böyük dəstəyini göstərmişdir. Mən buna görə Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, bütün dünyada baş verən hadisələrə, böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcək".

Prezident İlham Əliyev sonra deyib ki, keçən il bizim iqtisadi inkişafımız təmin edilib, baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumdaxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1.1 faiz artıb, ancaq indiki vəziyyətdə, neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq, hesab edirəm ki, bu müsbət nəticədir: "Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8.4 faiz artıb. Budur əsas göstərici. Çünki bu onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir. Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, 6.6 faiz artıb. Budur əsas göstəricilərimiz. Bu onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik və bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək".

Dövlət başçısı qeyd edib ki, enerji sektorunda 2015-ci il yadda qalan il olub: "Cənub Qaz dəhlizinin icrası istiqamətində çöx önəmli addımlar atılıb. Bildiyiniz kimi, ilin əvvəlində Cənub qaz dəhlizinin Bakıda birinci məşvərət şurası keçirilib, bu dəhlizin icrasında iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirdilər. Konkret proqram təsdiq edilib, birgə bəyannamə qəbul edilib ki, orada da Azərbaycanın bu dəhlizin reallaşmasında xüsusi və aparıcı rolu qeyd edilib. Cənub qaz dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir, bizim üçün isə bu dəhlizin reallaşması əlavə siyasi, maliyyə, iqtisadi imkanlar yaradacaq və imkan verəcək ki, bizim zəngin qaz resurslarımız dünya bazarlarına bunda sonra onilliklər ərzində ixrac edilsin. Bu da bizə iqtisadi mənfəət gətirəcək, valyuta axını təmin ediləcək və bizim daimi inkişafımız daha da möhkəm olacaq. Bu il Cənub qaz dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək. Bildiyiniz kimi bu layihə 4 layihədən ibarətdir – Şahdəniz, Cənub Qafqaz Kəməri, TANAP, TAP. Hər bir layihə üzrə işlər uğurla icra edilir".

Prezident İlham Əliyev bildirib ki, keçən il Azərbaycan dünyaya özünü çox güclü tranzit ölkəsi kimi təqdim edə bilmişdir: "Bildiyiniz kimi nəqliyyat infrastrukturuna qoyulan sərmayə bu imkanları yaradır. Bu gün şərqdən qərbə, şimaldan cənuba gedən yollar Azərbaycandan keçir. Bu da dünya üçün yenilikdir. Bunu biz yaratmışıq. Sərmayələri qoymaqla, gözəl biznes mühitini yaratmaqla biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk. Keçən il və bu il bu istiqamətdə çox önəmli addımlar atılıb. Artıq nəinki Orta Asiyadan Avropaya, Çindən, hətta Cənubi Koreyadan Avropaya Azərbaycan üzərindən yüklər getməyə başlayıb. Eyni zamanda, tarixdə ilk dəfə biz tarixi İpək Yolunu bərpa edirik. Bununla bərabər, ilk dəfə olaraq Avropadan Asiyaya, Ukraynadan Çinə yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Əvvəlki illərdə Gürcüstan, Rusiya üzərindən gedən, Türkiyədən Orta Asiyaya gedən yüklər indi Azərbaycan üzərindən, Xəzər dənizi üzərindən Asiyaya gedir. Bütün imkanları biz yaratmışıq. Biz əgər bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkəsi ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Biz edirik bunları. Nəyə görə? Çünki bu bizim xalqımıza lazımdır, bu bizim dövlətimizi gücləndirir və bizim maraqlarımıza xidmət edir".

Dövlət başçısı deyib ki, 2015-ci ildə bütün sosial proqramlar icra edilib: "Mən bir daha demək istəyirəm ki, baxmayaraq ki, bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bu il də heç bir sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılıb. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir. Bir sözlə, hesab edirəm ki, keçən il ölkəmiz üçün uğurlu olmuşdur. Dünya iqtisadiyyatı stress vəziyyətindədir. Neftin qiyməti dörd dəfə düşüb. Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və müəyyən dərəcədə buna nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq bu da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və süni şəkildə biz milli valyutamızı istədiyimiz səviyyədə saxlaya bilmərik. Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, biz bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır".

İlham Əliyev bildirib ki, artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər edilib: "Və mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, bu il iqtisadiyyatımızı daha da gücləndirə bilək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, birgə səylərlə bunu təmin edəcəyik. Hesab edirəm ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı tarixi hadisədir və tarixi naliyyətdir. Bu illər ərzində ölkəmiz sürətlə inkişaf edib. Biz infrastruktur layihələrini icra etmişik, 2004-cü ildən bu günə qədər bu illər ərzində ölkəmizdə 25 elektrik stansiyası tikilib. Ümumi elektrik stansiyalarının sayı 34-dür. 25-i son 12 il ərzində tikilib. 2004-cü ildə rayonlarda, demək olar ki, qaz yox idi və mənim rayonlara səfərlərim zamanı insanların ən böyük arzuları ondan ibarət idi ki, xahiş edirik, bizi qazla təmin edin. Amma biz özümüzü təmin edə bilmirdik, 2007-ci ilə qədər qazı xaricdən alırdıq".

Dövlət başçısı əlavə edib ki, bu gün Azərbaycanda qazlaşma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb: "Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkirik və bu gün bölgələrdə qazlaşma 80 faizə yaxınlaşır".

Prezident vurğulayıb ki, son 12 il ərzində 10 min km-dən çox yol çəkilib: "Bizim bir dənə də olsun, magistral yolumuz yox idi. Hansı vəziyyətdə idi magistral yollar? İndi magistral yollar, şəhərləri, başqa ölkələri birləşdirən yollar, kənd yolları çəkilib, çəkilir və bu il kənd yollarının çəkilişi üçün, hesab edirəm ki, əlavə vəsait ayrılmalıdır".

İlham Əliyev deyib ki, içməli su layihələri artıq bir çox şəhərlərdə icra edilib, 24 saat fasiləsiz, təmiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir və bu layihələr davam edir, davam edəcək: "Bütün şəhərlərdə əhaliyə 24 saat fasiləsiz təmiz içməli su verilməlidir. Bununla bərabər, çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırılıb, yarım milyon insan bu imkanlardan istifadə edir. Budur gördüyümüz işlər".

Prezident bildirib ki, sosial sahədə nə qədər böyük işlər görülüb, sosial infrastruktur yaradılıb: "12 il ərzində üç minə yaxın məktəb, altı yüzə yaxın xəstəxana tikilib, təmir edilib. Cəmi məktəblərimizin sayı hardasa beş minə yaxındır, üç mini 12 il ərzində tikilib. Bölgələrdə 41 olimpiya mərkəzi tikilib. Hələ Bakını demirəm. Bakı ən yüksək səviyyədə birinci Avropa Oyunlarına ev sahibliyi edib".

Dövlət başçısı qeyd edib ki, maaşlar təxminən 5 dəfə, pensiyalar isə 7 dəfə artıb: "Qaçqın və məcburi köçkünlər üçün 89 qəsəbə tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Hesab edin ki, bir böyük şəhər yaradılıb. Digər istiqamətlər üzrə də nəticələr çox müsbətdir. Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik, 1.7 milyard manat güzəştli şərtlərlə kreditlər verilib, bu ili də nəzərə alsaq, 2 milyard manat təşkil edəcək. Azərbaycana 200 milyard manat sərmayə qoyulub, onun yarısı xarici sərmayədir. Əgər biz sabitliyi, inkişafı, gözəl biznes mühitini, investisiya mühitini yaratmasaydıq, hansı xarici şirkət bura sərmayə qoya bilərdi? Bir vaxt sabitlik pozulmuş ölkələrə kimsə sərmayə qoyubmu? Qoymayıb. Və təbiidir. Kim risk edəcək? İndi vəsaitimiz var, biz özümüz haradasa sabitlik olmayan ölkəyə sərmayə qoya bilərikmi? Əlbəttə yox. Ona görə də bütün bunları yaratmalı idik".

Prezident bildirib ki, Azərbaycan xalqının xöşbəxtliyi ondan ibarətdir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi, bütün xoşagəlməz proseslərə son qoydu, vətəndaş müharibəsinə son qoydu, siyasi-iqtisadi islahatlara start verdi və ölkə 1996-cı ildən sonra yavaş-yavaş inkişaf etməyə başladı: "1996-cı ilə qədər sabitləşmə dövrü gedirdi. Baxın, əvvəlki rəhbərlik Azərbaycanı hansı vəziyyətə qoymuşdu ki, hətta ulu öndər Heydər Əliyev üçün təxminən 3 il vaxt lazım idi ki, vəziyyət sabitləşsin və biz inkişafa qədəm qoyaq. Bu gün Azərbaycan dünya miqyasında seçilmiş ölkələrdəndir, ləyaqətli ölkədir, müstəqil siyasət aparan ölkədir və bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır. Əgər biz iqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik, necə ki, bəzi ölkələri biz görürük - əgər özü özünü təmin edə bilmirsə, bunun başqa yolu yoxdur, gərək başqasının iradəsi ilə hərəkət etsin. Biz özümüz özümüzü təmin etdik. Düzdür, keçən il çətinlik olmuşdu, amma nə oldu? Biz çətinliklə də üzləşməliyik. 1990-cı illərdə çətin dövr olmamışdımı? Olmuşdu. İndi dünya iqtisadiyyadı dövri xarakter daşıyır, biz uzun illər ərzində yüksələn xətlə getmişik. İndi dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərə görə tənəzzül yaşanır. Biz də dünya iqtisadiyyatının bir parçasıyıq. Biz axı özümüzü dünya birliyindən, iqtisadiyyatından təcrid etməmişik, inteqrasiya etmişik, açıq bazar siyasəti aparılır, liberal iqtisadi siyasəti aparılır. Ona görə, bizə də təsir edir. Eybi yox, biz inamla inkişaf edəcəyik və biz qarşıda duran bütün vəzifələri icra edəcəyik. Yenə də demək istəyirəm ki, son 12 il ərzində biz böyük şərəfli yol keçmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra etmişik, Bakı-Tbilisi-Qars layihəsi bu il başa çatır".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib və kosmik sənayenin inkişafı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı bizim üçün prioritet məsələlərdən biridir: "Azərbaycan bu illər ərzində dünyada multikulturalizmin inkişafına çox böyük töhfələr verib və təsadüfi deyil ki, bu il Bakıda BMT-nin himayəsi altında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Əminəm ki, biz bu il uğurlu inkişafı təmin edəcəyik. Baxmayaraq ki, son 12 il ərzində bir milyon 500 min yeni iş yeri açılmışdı, yenə də iş yerlərinin açılmasına ehtiyac var. Mən əminəm ki, 2016-cı ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra ediləcək".


Bu il bütün sosial proqramlar tam icra ediləcək

"Bu ilin planları ilə bağlı ilk növbədə demək istəyirəm ki, bütün sosial proqramlar tam icra ediləcək” - deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, bildiyiniz kimi maaşlar və pensiyalar qaldırıldı, sosial müavinətlər artırıldı, sosial müdafiə bizim siyasətlərimizin əsas istiqamətlərindən biridir: "Azərbaycan bazar iqtisadiyyatına sadiqdir və bazar iqtisadiyyatı ölkədə uğurla inkişaf edir. Ancaq islahatları apararkən biz hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur, onun problemlərini həll etməliyik".


İndiki şəraitdə sahibkarlara daha da yaxşı şərait yaratmaq üçün tədbirlər görülməlidir

Prezident bildirib ki, sahibkarlığın inkişafı üçün çox işlər görülüb və bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən yuxarısı özəl sektorda formalaşır.

Dövlət başçısı qeyd edib ki, bu, son illər ərzində görülmüş işlərin nəticəsidir: "Ancaq yeni dövr, yeni vəziyyət yeni yanaşmaları tələb edir. İndiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, daxili və yerli istehsalı sürətləndirmək üçün tədbirlər görülməlidir. Müvafiq dövlət qurumlarına artıq tapşırıq vermişəm, ancaq istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri ortaya qoysunlar ki, bu problemlər öz həllini tapsın".


Sosial infrastruktur layihələri davam etdirilməlidir

Prezident bildirib ki, Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş icra ediləcək. Regionlarda bu il nəzərdə tutulan infrastruktur layihələri icra edilməlidir. Bir çox layihələr artıq icra edilib. Ancaq hələ ki elektrik enerjisi və qazlaşma ilə bağlı görüləsi işlər də çoxdur.

Dövlət başçısı qeyd edib ki, xüsusilə kənd yollarının tikintisi ilə bağlı bu il əlavə böyük vəsait ayrılmalıdır: "Çünki ilk növbədə buna ehtiyac var. Yerlərdən təkliflər irəli sürülür. Eyni zamanda, bu, bölgələrdə insanları bu işlərə cəlb edəcək və işsizliyi də aradan götürəcək. İşsizliyə qarşı biz son illər ərzində çox fəal işlər görmüşük. Bunun nəticəsidir ki, Azərbaycanda işsizlik son illər ərzində 5 faizə düşüb. Bu doğrudan da bizim tarixi nailiyyətimizdir. Yoxsulluq da həmçinin işsizliklə bərabər 5 faizə düşüb. Amma indiki şəraitdə işsizlik qalxa bilər. Düzdür, artıq yeni iş yerləri açılır və iş yerləri bağlanır. Keçən il ölkədə 80 mindən çox daimi iş yeri açılmışdı, 40 min iş yeri bağlanmışdı. Bu il biz bu statistikanı düzgün aparmalıyıq. O yerlərdə, o bölgələrdə ki, iş yerləri bağlanıb, orada daha böyük işlər görülməlidir. Həm dövlət qurumları, həm də özəl sektorlar bu məsələni diqqətdə saxlamalıdırlar".

Prezident İlham Əliyev bildirib ki, kənd yollarının tikintisi isə bu istiqamətdə önəmli addımdır: "Bu, iki məqsəd güdür. Həm infrastruktur yaxşılaşır, həm də insanlar işə cəlb olunur. Kənd yollarının tikintisində bizim xarici kompanentə ehtiyacımız yoxdur. Bütün lazım olan materiallar Azərbaycanda istehsal olunur və kənd yollarının tikintisində valyuta kompanenti yoxdur. Bu da indiki şəraitdə çox önəmlidir. İçməli su layihələri də icra edilməlidir. Bu layihələr insanları içməli su ilə təmin edəcək və edir, yeni iş yerləri yaradacaq. İçməli su layihələrinin icrasında da daxili istehsal bu işləri təmin edir. Son illər ərzində daxili istehsala verdiyimiz diqqət, qoyduğumuz sərmayə bu reallığı indi təmin edir. Əgər bunu etməsəydik, biz indi idxaldan daha çox asılı vəziyyətdə olacaqdıq. Ona görə infrastruktur layihələri icra edilməlidir. Bəziləri hesab edir ki, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlı biz daha da ixtisar etməliyik. Təbii bu belədir, ancaq güman edirəm ki, biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha da böyük dinamizm verə bilərik və bunu biz edəcəyik".

Dövlət başçısı sonra deyib ki, son illər ərzində 1500-ə yaxın subartezyan quyusu qazılıb: "Keçən ilin sonunda bu məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan 10 milyon manat ayrılıb. Ola bilər ki, il ərzində əlavə vəsaitlər ayrılacaq və subartezyan quyularının qazılması prosesi davam etdiriləcək. Sosial infrastruktur layihələri davam etdirilməlidir. Həm Bakıda, həm böyük, həm də kiçik şəhərlərdə məktəb, tibb məntəqələri, xüsusilə uşaq bağçalarının tikintisinə böyük ehtiyac var. Yeni iş yerlərinin yaradılması bu il xüsusi əhəmiyyət kəsb edir. Çünki bəzi iş yerləri bağlanıb. Son 12 il ərzində 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Amma bu illər ərzində Azərbaycan əhalisi artıb. 2003-cü ildə əhalinin sayı 8,4 milyon idisə, bu il Azərbaycanın əhalisi 9,7 milyon nəfərdir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ