"Ceyş-əl-Mühacirin vəl-Ənsər” terrorçu qruplaşmasının üzvünün Rusiyaya qayıtması ilə terrorçu qruplaşmanın Rusiyada törətmək istədiyi terakt planlarının üstü açılıb. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, Rusiyaya qayıdan qruplaşma üzvü çox keçmədən qanunsuz silahlı dəstə yaratmaq ittihamı ilə həbs olunub.
Lakin o, cəzasının yumşaldılması qarşılığında hüquq-mühafizə orqanları ilə əməkdaşlığa razılıq verib. Beləliklə, İslambek adlı bu şəxsin ifadəsi əsasında 27 yaşlı Şimali-OsetiyaAlaniya vətəndaşı Raşid Yevloyev göz altına alınıb. Onun Suriyada xüsusi təlim keçdiyi bildirilib.
İstintaq sənədlərinə əsasən, Raşid Yevloyev Kabardin-Balkar Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra 2013-cü ol setyabrın 1-də teoloji təhsil almaq məqsədilə İstanbula gedib. Lakin çox keçmədən o, Suriyanın Haritan şəhərində peyda olub. Burada o, Rusiyada terror aktları törətmək üçün xüsusi təlim keçib. FTB-nin gəldiyi nəticəyə görə, təlim həm fiziki, həm də psixoloji mahiyyət daşıyıb. 2014-cü ilin yanvarında Yevloyev İstanbula qayıdıb. Lakin ələ keçməkdən ehtiyatlanaraq tezliklə Almaniyaya üz tutub. Burada isə bəxti gətirməyib və polis onu həbs edərək Rusiyaya ekstradisiya edib.
İslambekin özünə gəldikdə isə, o, 2013-cü ildə İstanbula uçaraq, buradan Suriyanın Haritan şəhərində fəaliyyət göstərən "İmarat Qafqaz” terrorçu qruplaşmasının hazırlıq düşərgəsinə gedib. Onun sözlərinə görə, o zaman düşərgədə 1500-ə yaxın Rusiya əsilli döyüşçü olub. İslambek deyib ki, onların arsenalında müxtəlif silahlar, qumbaraatanlar, zenit qurğuları, P3RK, "İqla”, "Strela” raketləri olub. Es terrorçunun sözlərinə görə, düşərgədə döyüşçülər 30-100 nəfərlik qruplara bölünərək qəsəbənin çoxmərtəbəli binalarında yaşayır. Qruplar isə milliyyətə və peşəkarlığa görə formalaşır. Məsələn, onun sözlərinə görə, düşərgədə Dağıstanın Gimri bölgəsindən olanlar bir binada, "azərbaycanlı”, "krımlı” dəstələri digər binalarda məskunlaşıb.