Dünən axşam saatlarında Bakının Qaradağ rayonu ərazisindəki "Meyvəli” ticarət mərkəzində yanğın olub.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, nəticədə gözətçi köşkü, yaxınlıqda duran 2 ədəd "KamAZ" markalı yük avtomobilinin birinin banının taxta üzlüyü, banına yığılmış 7,5 ton tərəvəz məhsulunun 100 kiloqramı, digər yük avtomobilinin taxta üzlüyü, banına yığılmış 10,5 ton tərəvəz məhsulunun 150 kiloqramı yanıb.
Yanğın zamanı yaxınlıqda dayanmış "Hyundai” markalı minik avtomobili də ziyan çəkib, belə ki, onun mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi də yanıb.
Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, eləcə də, yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.