"İslam dövləti” Avropada daha bir irimiqyaslı terror aktı hazırlayır. Baki-xeber.com-un eadaily.com portalına istinadən xəbərinə görə, bu barədə 25 yanvar tarixində Haaqada yerləşən Avropol – Avropa İttifaqının polis xidməti məlumat yayıb.
"Avropa hazırda son 10 ilin ən ciddi terror təhlükəsi ilə qarşı-qarşıyadır” – xidmətin saytında bildirilir. Avropolda hesab edirlər ki, İŞİD sıralarında əcnəbilərin sayının sürətlə artması Aİ ölkələri üçün təhlükənin miqyasını böyüdür. "Gələcəkdə Avropada yeni teraktların törədilməsi realdır”- polis xidməti xəbərdarlıq edir. Eyni zamanda bildirir ki, "Bütün bunlar Aİ-nin ciddi cavab tədbirləri görməsini və özünün təhlükələrə strateji baxışını təkmilləşdirməsini zəruri edir”.