Cari ilin ikinci yarısından Rusiyada Gürcüstan vətəndaşları üçün viza tətbiqinə son qoyula bilər. Baki-xeber.com-un EurAsia Daily saytına istinadən xəbərinə görə, bu barədə yanvarın 25-də Gürcüstan Baş nazirinin RF ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bəyan edib.
"Hardasa ilin ortalarında viza rejiminin tam ləğvi istisna olunmur. Bu barədə informasiyanı biz rus kolleqalarımızdan almışıq”- Abaşidze "Novosti- Qruziya” portalına bildirib.
Qeyd edək ki, 2015-ci ilin dekabrında Rusiyada Gürcüstandan olan iş adamları, fəhlə və tələbələr üçün viza rejimi qismən sadələşdirilib. Lakin Gürcüstan tərəfi bununla kifayətlənmək istəmir və o üzdən bu yöndə danışıqları qarşılıqlı anlaşma şəraitində davam etdirmək niyyətindədir.