Romanın mərkəzi Termini vağzalında həyəcan yaşanıb. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, buna səbəb vağzalda platformaların birində silahlı kişinin gözə dəyməsi olub.
TASS-ın xəbərinə görə, hələlik insidentlə bağlı heç bir açıqlama verilmir. Agentlik hadisəni diqqətdə saxlayır.
Qeyd edək ki, Termini İtaliya paytaxtının ən böyük dəmiryol vağzalıdır. O, Romanı ölkənin digər şimal şəhərləri ilə yanaşı, həm də Avropanın Paris, Vyana kimi iri şəhərləri ilə birləşdirir.