Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünə yeni köməkçi təyin edib. Baki-xeber.com-un Prezidentin rəsmi İnternet səhifəsindən əldə etdiyi xəbərə görə, bu, Natiq Ərziman oğlu Əmirovdur.
Ölkə başçısının müvafiq Sərəncamı ilə N.Ə.Əmirov Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib. Qeyd edək ki, buna qədər o, vergilər nazirinin birinci müavini vəzifəsində çalışıb.