Nardaranda inzibati qaydada həbs olunan daha 3 nəfər qəsəbə sakini azadlığa buraxılıb. Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib.
Məlumatda bildirilir ki, Nardaran hadisələrindən sonra ümumiyyətlə inzibati qaydada həbs olunan şəxslərin hamısının həbs müddəti başa çatıb və onlar azadlığa buraxılıb.