"Odessada kazino biznesinin leqallaşması şəhər büdcəsinin doldurulmasına yardım edəcək”. Baki-xeber.com-un "Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, belə bir açıqlama ilə Odessa şəhərinin qubernatoru Mixeil Saakaşvili çıxış edib.
"Odessada onsuz da kazinolar, qanunsuz da olsa, fəaliyyət göstərir.Eyni zamanda Kiyevdə də bu qanunsuz fəaliyyət var. O zaman biz kimi aldadırıq?”-deyən qubernator oyun biznesinin leqallaşmasının şəhər büdcəsinə əhəmiyyətli gəlir gətirəcəyini bildirib.