"İslam dövləti” terrorçu qruplaşmasının məlumat mərkəzi Paris terrorunda iştirak etdikləri deyilən 9 nəfərin videosunu yayıb. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə "Reuters” məlumat yayıb.
Xəbərə görə, video Britaniya Baş naziri Devid Kemeronun ünvanına təhdidlərlə doludur. Britaniyanın Xarici işlər nazirliyi hələlik məsələni şərh etmir. Videorolikin tam mətni ilə bağlı ətraflı məlumat verilmir.