Türkiyə ilk dəfə Rusiyanın Ankaraya qarşı sanksiyalarına sanksiya ilə cavab verə bilər. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, bu sanksiyanın metallurgiya sahəsindən gələcəyi ehtimal olunur.
"Metalprokatdan başqa Rusiya məhsullarına qarşı hələlik hansısa ehtiyat tədbirləri gözlənilmir” - - deyə Rusiya ilə Türkiyə arasında ticarət danışıqlarından xəbərdar mənbə qəzetə bildirib.
Türkiyə iqtisadiyyat nazirliyinin əridilmiş polad ixracı üzrə antidempinq analizlərinin nəticələrinə görə, Rusiya metallurqları 13,66 faiz dempinq marjası alıb. Nəşrin xəbərinə görə, Ankara fevral ayının axırında Ankara ixracatçılar üçün antidempinq rüsumlarının məbləği barədə qərar qəbul edəcək. Türkiyəyə qarşı ard-arda sanksiyalar tətbiq edən Moskva isə bunun özünün xeyrinə olmayacağını indidən təxmin edir.