Moldova müxalifətinin nümayəndələri ölkə hökumətinə qarşı ultimatumla çıxış edib. Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, onlar, 28 yanvar tarixinə qədər tələbləri yerinə yetirilməzsə, beynəlxalq və milli əhəmiyyətli yolları blokadaya alacaqlarını bildiriblər.
Polisin məlumatına görə, bazar günü Moldova paytaxtının mərkəzi meydanında başlayan mitinqdə 20 minə yaxın insan iştirak edir. Etirazçılar mərkəzi küçələrdən yürüş edərək Kişinyovun çıxışına doğru irəliləməklə təxminən bir saat müddətində əsas yolları blokadaya alıb. Bunun bir xəbərdarlıq olduğunu deyən müxalif sosialist partiyasının lideri İqor Dodon, 3 gün müddətində səsləri eşidilməyəcəyə təqdirdə, daha 4-5 önəmli yolu, həmçinin dəmir yolu və aeroportu blokadaya alacaqlarını bildirib.