Bazar günü Suriyanın şimal-şərqindəki Əl-Qamışlı şəhərində ikiqat terror aktı törədilib. Baki-xeber.com bu barədə ria.ru saytına istinadən xəbər verir.
"İkiqat partlayış baş verdi. Birinci bomba motosiklə yerləşdirilmişdi” – deyə məlumatlı mənbə agentliyə bildirib. İlkin məlumata görə, nəticədə iki nəfər həlak olub, 10 nəfərdən artıq dinc sakin xəsarət alıb. Hazırda ikinci partlayış nəticəsində ölü və yaralı sayı dəqiqləşdirilir. Sina portalının xəbərinə görə, partlayıcı qurğu "Star” kafesində işlək hala gəlib. Həmin anda kafedə 25 nəfər olub.