Pentaqon implant neyrointerfeysin köməilə əsgərin beyninə xarici kompyuterə qoşulma imkanı verəcək texnologiyanın işlənməsinə start verib. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, layihə NESD (Neural Engineering System Design) adını alıb. Gələcəyin hərbi kiborqlarının hazırlanması barədə xəbəri isə ScienceAlert saytı verib.
Yeni proqram insan beyninin kompyuterə qoşulmaqla informasiya mübadiləsi aparmasını nəzərdə tutur. Hərbçilərin bu layihəsi BRAIN (Brain Research through Advancing Innovative Neurotechnologies) proqramı çərçivsində Barak Obamanın birbaşa dəstəyilə həyata keçirilir. İnterfeysin hazırlanması ilə isə DARPA (Defence Advanced Research Projects Agency) məşğul olur. Bu, 1 kubsantimetrdən böyük olmayan biosensor olacaq və elektrokimyəvi siqnallar vasitəsilə neyronların kompyuterə və əksinə hərəkətini təmin edəcək.