Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin təmzimlənməsi üzrə fəaliyyətinə aktiv dəstək verməlidir. Baki-xeber.com-un Vestnik Kavkaza saytına istinadən xəbərinə görə, belə bir bəyanatla tanınmış amerikan diplomatı, ABŞ-ın Azərbaycanda keçmiş səfiri Metyu Brayza Aİ-nin mövcud status-kvonun saxlanmasının yolverilməzliyi barədə bəyanatını şərh edərkən deyib.
"Dağlıq Qarabağda mövcud status-kvonun saxlanmasının yolverilməzliyi barədə Aİ-nin verdiyi bəyanat Azərbaycanın Ermənistanın münaqişənin həllində maraqlı olmaması səbəbindən danışıqlar prosesində iştirak etməməsindən narahatlığını əks etdirir. Eyni zamanda sözügedən bəyanat Azərbaycanın hərbi situasiyanı dəyişə biləcəyindən Ermənistanın narahatlığından da xəbər verir”.
Diplomat diqqətə çatdırıb ki, Aİ razılaşmalar üzrə Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpasında ATƏT-in Minsk Qrupuna dəstək verməyə hazır olduğunu hər zaman bəyan edib və lap əvvəldən onun mövqeyi belə olub.
"O ki qaldı mənim mövqeyimə, mən lap əvvədən yalnız bu istiqamətdə çıxış etmişəm ki, Aİ Minsk Qrupunun fəaliyyətində daha fəal rol oynamalıdır. Bu cür müdaxilə danışıqlar prosesinə böyük təkan verə bilər”- Brayza bildirib.