Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "Qağayı” Gənclər Düşərgəsində dəhşətli faciə hadisə baş verib. İnterAz xəbər verir ki, sözügedən ərazidə söküntü işləri aparılan zaman iri boru orada olan şəxslərdən birinin üzərinə düşüb. Həmin şəxs hadisə yerindəcə keçinib. Onun Dövlət Əmlak Komitəsinin əməkdaşı olduğu deyilir.