Keçmiş Nyu-York meri Maykl Blumberq ABŞ prezidenti seçkilərində müstəqil namizəd kimi iştirak edə bilər. Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bundan ötrü o, milyard dollar xərcləməyə hazır olduğunu bildirib.
Eks-merin planları ilə bağlı informasiya ilk olaraq "The New York Times”-ın səhifələrində yer alıb. Qəzetin xəbərinə görə, 73 yaşlı milyarder prezidentlik yolunda milyardlar xərcləməkdə qərarlıdır. Lakin Blumberq onu da deyib ki, hələlik qəti qərar verməyib və bu qərarı mart ayında səsləndiriləcək.
ABŞ prezidenti seçkilərində 10-dan artıq namizəd iştirak edir. Bu sırada demokratlar arasında eks dövlət katibi Hillari Klinton, respublikaçılar arasında isə Donald Tramp liderlik edir.