İraqdan gələrək Finlandiyada sığınacaq ala bilmiş 2600 nəfər qaçqın könüllü şəkildə bu ölkəni tərk edib.Baki-xeber.com bu barədə utro.ru saytından məlumat əldə edib.
Xəbərə görə, onların bir qismi ərizəsini geri çəkib, digər qisim isə sadəcə "yoxa çıxıb”. Finlandiyanın qaçınlarla iş üzrə təşkilatının başçısı bildirib ki, onların bəziləri burada onlara qarşı düşmən atmosferi hiss etdiyi üçün getməyə üstünlük verib, bəziləri isə, sadəcə, "tutqun payız və soyuq qış onlara yad olduğu üçün” bu addımı atıb. Onun sözlərinə görə, gedənlər arasında bürokratik süründürməçilikdən də bezənlər var.
Qeyd edək ki, 2015-ci ildə Finlandiyaya 32500 nəfər sığınacaq üçün müraciət edib ki, bu da 2014-cü ilin analoji göstəricilərindən 9 dəfə çoxdur. Onlardan 25000 nəfəri İraq vətəndaşı olub və yalnız 3700 nəfəri müsbət cavab alıb.
Xəbərdə o da bildirilir ki, ötən ilin oktyabrında Helsinki sığınacaq icazəsilə bağlı ölkə qanununu sərtləşdirib.