Bu gün Polşanın 35 şəhərində demokratiya və insan haqları ilə bağlı kütləvi aksiyalar keçirilib. Baki-xeber.com-un EurAsia Daily-yə istinadən xəbərinə görə, aksiyalarda, əsasən, İnternetdə izlənməyə etiraz edilib və bu, şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.
"Biz inqilabçı deyilik, biz hökuməti yıxmırıq, bunu hökumət özü edir. Biz yalnız azadlığı müdafiə edirik və hakimiyyətin son əməllərinə etiraz edirik”- deyə Demokratiyanı Müdafiə Komitəsinin (DMK)yaradıcısı Mateuş Kiyevski bildirib. TASS-ın xəbərinə görə, DMK bu tip aksiyaları Polşanın Brüssel, Amsterdam, Paris, Vyana, Berlin, Stokholm səfirlikləri qarşısında da təşkil edib.
Xatırladaq ki, 7 fevral tarixindən Polşada polis və digər hüquq-mühafizə orqanları tərəfindən insanların izlənmə normaları ilə bağlı yeni qanun qüvvəyə minir. Etirazların motivini də bu qanun təşkil edir.