ABŞ vitse-prezidenti Co Bayden ölkəsinin Suriya probleminin, siyası çözüm mümkün olmazsa, hərbi yolla həllinə hazır olduğunu bildirib. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, bu barədə "Reuters” xəbər yayıb.
Qeyd edək ki, Suriya danışıqları Cenevrədə 25 yanvar tarixində başlamalıdır, lakin BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Staffan de Mistura bu tarixin ertələnəcəyini istisna etmir.
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin də Suriya probleminin siyasi yolla həllinə üstünlük verib, bildirib ki, bu halda "daha az təhlükə və qurbanla” vəziyyətdən çıxmaq olar.
Xatırladaq ki, ötən il sentyabrın 30-dan Rusiya HKQ Suriyada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Lakin onun apardığı "anti-İŞİD” əməliyyatlarına dünya ölkələrində yanaşma birmənalı deyil. Belə ki, rus ordusunun əslində Əsəd düşmənlərini hədəfə aldığı bildirilir.