Davosda Prezident İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub. Baki-xeber.com bu barədə Prezidentin rəsmi səhifəsindən xəbər əldə edib.
Xəbərə görə, görüşdə Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib. Ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat, energetika, sərmayə qoyuluşu və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.