Bu gün Cilvəgözü sərhəd qapısında – İdlibin Babulhava və Sarmada rayonları arasında bir Rus hərbi təyyarəsinin vurulduğu xəbər verilir. Bu barədə baki-xeber.com Habertürkə istinadən bildirir.
"Əl-Cəzirə”nin Pakistan müxbiri Ahmed Zeydan Rusiya təyyarəsinin Türkiyənin sərhəd ərazilərinə aviazərbələr endirdikdən sonra vurulduğunu bildirib. Lakin Habertürkün Ankara bürosunun informasiya aldığı hərbi mənbələr "Biz belə bir xəbər almadıq. Təyyarə vurulubsa da, bunun Türkiyə ilə bir əlaqəsi yoxdur” deyə xəbəri yalanlayıb. Eyni zamanda Suriyadakı müxaliflər də xəbəri təsdiq etməyib.