Cümə axşamı günü, 05 noyabr 2026
     

MTRŞ ANS-in “Hesabat” proqramının yayımını dayandırdı

Image


Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan APA-ya verilən xəbərə görə, iclasda "ANS” televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb.

"ANS” televiziyasının efirində yayımlanan "Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, "Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq "ANS” televiziyasının efirində "Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.

Qeyd olunub ki, ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş proqrama verilən tələblərin və televiziyanın fəaliyyət prinsiplərinin pozulması ilə əlaqədar olaraq 30.09.2015-ci il tarixdə "Sən tək deyilsən” və "Xoşqədəmlə axtarıram səni” proqramının, 05.10.2015-ci il tarixdə isə "Salam Azərbaycan” proqramının yayımı Milli Televiziya və Radio Şurasının qərarı ilə müvəqqəti dayandırılıb. "Reklam haqqında” qanunun tələblərini pozduğu üçün ANS TV Milli Televiziya və Radio Şurasının 05.10.2015-ci il tarixli qərarı ilə hər bir pozuntuya görə 6000 manat olmaqla 9 fakt üzrə 54 000 manat, Milli Televiziya və Radio Şurasının 13.10.2015–ci il tarixli qərarı ilə hər bir pozuntuya görə 5000 manat olmaqla 5 fakt üzrə 25 000 manat, ANS ÇM radiosu isə Milli Televiziya və Radio Şurasının 23.12.2015-ci il tarixli qərarı ilə 13 fakt üzrə 5000, 8 fakt üzrə 7000, 5 fakt üzrə 8000 manat məbləğində, ümumilikdə 26 fakt üzrə 161 000 manat məbləğində cərimə edilib.

MTRŞ ilə "ANS Müstəqil Yayım və Media Şirkəti” arasında milli televiziya serialı məhsulunun hazırlanmasına dair 02 dekabr 2014-cü il tarixdə bağlanmış 33 saylı müqavilənin tələbinə əsasən "ANS Müstəqil Yayım və Media Şirkəti” "Abşeron” serialının çəkilməsinə dair öhdəlik götürüb, buna müvafiq olaraq şura tərəfindən "ANS Müstəqil Yayım və Media Şirkəti”nə 160 000 (yüz altmış min) manat vəsait köçürülüb. "ANS Müstəqil Yayım və Media Şirkəti” "Abşeron” serialını müqaviləyə uyğun olaraq 10 iyul 2015-ci il tarixədək təhvil vermək barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icra müddətindən xeyli sonra - 28 avqust 2015-ci il tarixdə müqaviləyə dəyişiklik edilməsi təşəbbüsünü irəli sürüb. Bundan sonra isəmüqaviləyə aidiyyatı olmayan tam başqa bir serialın - "Sevgi naminə” adlı serialın hesabatı MTR-ya təqdim edilib. MTRŞ tərəfindən isə bağlanmış müqaviləyə uyğun olaraq öhdəliklərin icra edilməməsi ilə əlaqədar olaraq "ANS Müstəqil Yayım və Media Şirkəti”nə qarşı köçürülmüş vəsaitin geri qaytarılması barədə məhkəmədə iddia qaldırılıb: "Təssüflə bildiririk ki, ANS rəsmiləri yuxarıda qeyd olunan qanun pozuntuları ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən verilən qərarlardan, habelə həmin qərarlarla bağlı ANS Müstəqil Yayım və Medi Şirkəti tərəfindən məhkəmələrə olan şikayətlərin təmin olunmamasından düzgün nəticə çıxarmaq əvəzinə, öz efiri vasitəsilə Milli Televiziya və Radio Şurasınının ünvanına davamlı olaraq əsassız ittihamlar səsləndirilməklə ictimai rəyi çaşdırmaq yolu tutub.

ANS televiziyasının 27.12.2015-ci il tarixdə efirə getmiş "Hesabat” analitik-informasiya proqramında aparıcı Mirşahin Ağayev (həm də təsisçilərdən biridir) aşağıdakı fikirləri ifadə edib: "Bu ili ANS böyük basqı və çətinliklərlə başa vurur. Onu bütöv bir il zərrəbindən keçiriblər. Artıq ANS-ə 100 minlərlə manatlıq cərimə hesablanıb. "Kiminə aş, kiminə daşla” siyasəti bizi yenidən dövlət başçısına müraciət etməyə vadar edir. Prezident İlham Əliyev sahibkarlarla rəftarda sabitqədəmliyə, əli və ürəyi təmizliyə çağırır. Biz də sahibkarıq, bizi də qorumaq lazımdır və Azərbaycan Prezidenti İlham Əliyev eyni zamanda bizi də qoruyur. Biz heç nə demirik. Sadəcə olaraq dövlət başçısının sahibkarlara müdaxilə, sahibkarlara təzyiq etmək istəyən məmurlara xəbərdarlığını yenə də xatırladırıq”.

Görəsən, Mirşahin Ağayev hansı "basqı və çətinliklərdən” gileylənir? Yoxsa Şura tərəfindən aparılan monitorinqlər onun ürəyincə deyil?! Milli Televiziya və Radio Şurası ANS-in özəl telekanal, onun təsisçilərinin isə sahibkar olduğunu yaxşı bilir. Amma, görünür ANS rəsmiləri də, o cümlədən şirkətin təsisçilərindən biri və icraçı direktoru vəzifəsini tutan Mirşahin Ağayev sahibkarların da qanunlara əməl etməli olduğundan xəbərsizdir.

"Hesabat” analitik-informasiya proqramının 17.01.2016-cı il tarixli buraxılışında aparıcı Mirşahin Ağayev (həm də təsisçilərdən biridir) Milli Televiziya və Radio Şurasının ünvanına növbəti dəfə əsassız ittihamlar səsləndirib: "Məmur özbaşınalığını dayandırmaq lazımdır. Dövlət başçısının məmurların xalqın ağasından xalqın xidmətçisinə keçirmək istiqamətində apardığı siyasəti sadə camaat tam müdafiə edir. Uzağa niyə gedirik? Əgər dövlət büdcəsinə 1 qəpik belə gəlir gətirməyən "mıtırışı” (MTRŞ) dövlətə hər il kifayət qədər vergi ödəyən ANS-in başına belə oyun açırsa, özü də heç olmasa, bizim bu barədə danışmaq imkanımız var, görün başqa sahələrdə vəziyyət nə qədər çətindir”.

Maraqlıdır, informasiya təqdimatında "dəqiq, vicdanlı, qərəzsiz” olmağı özlərinə deviz seçən ANS rəsmiləri, o cümlədən Mirşahin Ağayev onlara cərimələrin məhz qanunverciliyin tələblərini dəfələrlə pozduqlarına görə tətbiq edildiyini nə üçün etiraf etmirlər? Təəssüf ki, ANS televiziyası dəfələrlə yol verdiyi bü cür qərəzli, peşə etikasına və əxlaq normalarına yaraşmayan televiziyaçılıq fəaliyyətini hal-hazırda da davam etdirir.

Göründüyü kimi, ANS televiziyası və ANS ÇM radiosu tərəfindən televiziya yayımının əsas prinsipləri və proqrama verilən tələblər davamlı olaraq pozulmaqdadır. Halbuki "Televiziya və radio yayımı haqqında” qanunun 3-cü maddəsinə əsasən yayımçı öz fəaliyyətində informasiyanın obyektivliyi, tam və doğru-dürüstlüyü, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanmalıdır.

"Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinə əsasən proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmalı, proqramı hazırlayanlar qanun qarşısında birbaşa məsuliyyət daşımalı, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır, faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Fikrimizcə, ANS tərəfindən Milli Televiziya və Radio Şurasına qarşı aparılan qara piar kompaniyası həm də dövlət qurumu ilə ANS arasında hal-hazırda davam etməkdə olan məhkəmə araşdırmalarına təsir vasitəsi kimi qiymətləndirilməlidir.

Hesab edirik ki, bu cür qərəzli və yalan informasiyaların yayımlanması ilə ANS televiziyası cəmiyyətdə çaşqınlıq yaratmağa, dövlət qurumunun fəaliyyəti barədə yanlış ictimai rəy formalaşdırmağa xidmət edir. Halbuki, yayımçı nəzarətində olan efirdən öz maraq və məqsədləri üçün istifadə etməməli, yalan və böhtan xarakterli məlumatların yayımlanmasından çəkinməli, qanunların aliliyinə hörmətlə yanaşmalıdır. Yayımçı ona müvafiq dövlət orqanı tərəfindən tətbiq olunmuş sanksiyalardan narazı olduğu halda bu yalnız hüquqi çərçivədə araşdırılmalıdır.

Bildiririk ki, ANS tərəfindən məqsədli şəkildə yalan və böhtan xarakterli məlumatların yayımlandığı, qanunların aliliyinə hörmətlə yanaşılmadığı təqdirdə "Televiziya və radio yayımı haqqında” qanununun 23.2.8-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcək və bunun nəticələri ilə bağlı bütün məsuliyyət telekanalın üzərində olacaq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ