Tacikistan parlamentinin aşağı palatası ölkə Konstisusiyasına təklif olunan dəyişikliklər layihəsini bəyənib. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, sözügedən layıhə ölkə başçısı İmomali Rahmonun məhdudiyyətsiz prezidentliyə namizədliyini verməsinə imkan verir.
Xəbərə görə, layihə yekdilliklə qəbul olunub. Parlamentin təsdiqindən sonra qanun layıhəsi Konstitusiya məhkəməsinə göndərilib. Bundan sonra ölkənin əsas qanununa dəyişikliklərin qüvvəyə minməsi üçün referendum keçirilməsinin vaxtı müəyyən olunacaq.