ABŞ vitse-prezidenti Cozef Bayden Türkiyəyə işgüzar səfərə gəlib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, İstenbulun Atatürk Hava Limanında Cozef Baydeni ABŞ-ın Ankaradakı səfiri Con Bass, ABŞ-ın İstanbuldakı baş konsulu Çarlz Hanter, İstanbul qubernatorunun müavini Yakup Vatan, XİN nümayəndələri və digər rəsmi şəxslər qarşılayıb.
Cozef Baydeni bu səfərdə xanımı Cil Bayden müşayiət edir.