Bazar günü günü, 14 iyun 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlham Əliyev Azərbaycanın müasir sosial-iqtisadi portretini Davos Forumuna təqdim etdi
Tarix: 22.01.2016 / 02:49
Bölmə: Gündəm
Prezident dünya auditoriyası üçün məqalə yazdı...
Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan iqtisadiyyatının gələcəyi" mövzusunda məqaləsi yerləşdirilib. "Trend" məqaləni təqdim edir. Dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyllərdən maksimum dərəcədə qorumağa çalışır.
Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir.
Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artmışdır. Yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşmüşdür. Hazırda hər iki göstərici 5 faiz səviyyəsindədir. 2015-ci ildə qeyri-neft sənayesi 8.4 faiz artmışdır.
Dünyadakı siyasi, hərbi və maliyyə böhranının dərinləşməsi şəraitində iqtisadi inkişafı saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir. Neftin qiyməti 2015-ci il ərzində üç dəfə aşağı düşmüşdür. Ona görə də bizim gəlirlərimiz də kəskin şəkildə azalmışdır, təbii ki, büdcə gəlirləri və eləcə də büdcə xərcləri. Biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir.
İndiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaqdır. 2015-ci ilin yekunlarına görə inflyasiya 4 faizdən az olmuşdur. Biz 2016-cı il ərzində də bu rəqəmi ən aşağı səviyyədə saxlamağa çalışmalıyıq.
Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesini davam etdiririk. Bu baxımdan Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görmüşdür.
Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır.
Azərbaycanın zəngin neft-qaz resursları və məqsədyönlü siyasəti enerji sahəsində də böyük işlər görülməsinə imkan yaratmışdır. Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüdudlarını aşaraq ölkələri və qitələri birləşdirir.
Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan "Cənub qaz dəhlizi" layihəsinin icrasına başlanması tarixi hadisədir.
"Cənub qaz dəhlizi" 4 layihədən ibarətdir. Birincisi, "Şahdəniz-2" fazasının işlənilməsidir. "Şahdəniz" yatağında qaz ehtiyatları bir trilyon kubmetrdən çoxdur. Ümumiyyətlə, Azərbaycanın digər yataqları ilə birlikdə qaz ehtiyatları 2.6 trilyon kubmetr təşkil edir. İkinci layihə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsidir. Üçüncü layihə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsidir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış bu layihəyə əsasən, qaz kəməri Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanacaq. Dördüncü layihə isə Trans-Adriatik boru kəməri (TAP) layihəsidir. Bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaqdır. Bütün bu dörd layihə "Cənub qaz dəhlizi"ni formalaşdırır. Azərbaycan bu dörd layihədə önəmli səhmdar, TANAP layihəsində isə əsas səhmdardır. "Cənub qaz dəhlizi"nin icrası nəticəsində bir çox ölkələr alternativ qaz mənbəyi kimi Azərbaycan qazına çıxış əldə edəcəkdir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya "Cənub qaz dəhlizi" layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə anlaşma memorandumu imzalamışlar. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrilir.
Nəqliyyat infrastrukturunun inkişafı da ölkəmizdə prioritet istiqamətlərdəndir. Bu gün biz müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştirakı ilə tarixi İpək Yolunu bərpa edirik. Hazırda Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolu da tikilir ki, bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək. Bunun tarixi əhəmiyyəti var.
Eyni zamanda, Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Yeni Beynəlxalq Dəniz Ticarəti Limanı da tikilməkdədir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaqdır.
Nəqliyyat infrastrukturunda olduğu kimi, müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqinə də xüsusi önəm verilir. Azərbaycan "Azerspace-1" və "Azersky" peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və şəffaflığın artırılması üçün "elektron hökumət" quruculuğu istiqamətində işlər aparılır.
Dövlət orqanları "ASAN xidmət" mərkəzləri vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsini təmin edir. Hazırda respublika üzrə 9 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə dövlət orqanları tərəfindən 30 sahə üzrə 112, yardımçı funksional sahələr üzrə isə 140 xidmət göstərilir. İki yeni mərkəz isə tikilməkdədir. 10 səyyar avtobus ölkənin müxtəlif bölgələrində əhaliyə xidmət göstərir. "ASAN xidmət"in fəaliyyətə başlamasından iki il vaxt keçir. Bu müddət ərzində 7 milyon insan xidmətdən istifadə edib və əhalinin bu xidmətdən razılıq əmsalı 100 faizə yaxındır. Bəzi ölkələr bizim bu sahədə təcrübəmizdən istifadə etməyə başlamışlar.
Ölkəmizdə sosial infrastruktur layihələri də uğurla icra olunur. Son illərdə çoxlu sayda məktəb, uşaq bağçası və tibb müəssisəsi tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir.
Azərbaycanda turizm sektorunun inkişafına xüsusi diqqət ayırırıq. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektləri, mehmanxana kompleksləri tikilmişdir. Son bir neçə ildə dünyanın ən məşhur beşulduzlu otel brendləri Azərbaycana gəlmişdir. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Turizmin inkişafı qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin olduğunu bir daha təsdiqləyir.
Qeyd edək ki, Azərbaycan dünyada həm də multikulturalizmin mərkəzlərindən biri kimi tanınır və xalqımız bununla fəxr edir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 09.06.2026 / 12:34
Özgür Özelin təklifi Kılıçdaroğlunu çaşdırdı...
Tarix: 09.06.2026 / 12:10
Özgür Özəlin Ərdoğana cavabı bütün Türkiyənin gündəminə çevrildi...
Tarix: 09.06.2026 / 07:02
Köçəryan seçkinin nəticələrinə inanmır -
etirazlar gündəmdə…
Tarix: 05.06.2026 / 10:57
Bizim ölkənin adı "Ştrafıstan" deyil -
Prezident etiraz etdi, deputat "dala verdi"...
Tarix: 04.06.2026 / 19:56
Özgür Özəllə Klıcdaroğlunun şok telefon danışığı yayıldı...
Tarix: 04.06.2026 / 19:31
Ankarada “Ortaq Türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” tədbirləri keçirildi
Tarix: 03.06.2026 / 09:10
İrəvanın verilməsinə qarşı çıxanlar...
Tarix: 02.06.2026 / 16:04
Narkoloji tibbi qeydiyyat barədə arayışı da ASAN Xidmət verəcək -
FƏRMAN
Tarix: 02.06.2026 / 09:41
Aİ ölkələri Orta Asiyada qaçqın mərkəzləri yaradır? -
Qazaxıstan təkzib etdi
Tarix: 31.05.2026 / 11:50
Atatürkün siyasi övladlarını Anıtkabirə buraxmadılar...
Ankarada şok...
Tarix: 30.05.2026 / 17:42
Anna Hakobyan 15 məhkəmə iddiası ilə üzləşəcək -
xeyriyyə fəaliyyətinə qoyulan qadağanı pozduğuna görə…
Tarix: 29.05.2026 / 16:27
Lavrov Paşinyanın planlarını "Rusiyasız varlanmaq cəhdi” adlandırdı
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 11.06.2026 / 16:47
Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...
Tarix: 11.06.2026 / 11:52
Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...
Tarix: 11.06.2026 / 11:03
Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...
SON XƏBƏRLƏR
13.06.2026 / 22:50
Tramp rəsmən elan etdi
– İranla saziş sabah imzalanacaq...
13.06.2026 / 20:21
İsraildən Trampa çağırış
- Livan, Suriya və Qəzzadan çəkilməyəcəyik...
13.06.2026 / 20:11
Saxlanılan gömrükçülərin üçü buraxıldı
- RƏİS MÜAVİNİ HƏBS EDİLDİ
13.06.2026 / 20:05
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir
13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…
13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər
- Britaniya mediasından ŞOK İDDİA...
13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə
13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq?
– DETALLAR ortaya çıxdı...
13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi
13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq
- heç vaxt buna cəhd etməyin...
13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi
- ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər
13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı...
Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...
13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı
13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...
13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb
13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı
13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb
13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi
13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi
13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı
- saziş Cenevrə və ya Vyanada imzalana bilər...
13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...
12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır
- Pakistan bütün dünyaya elan etdi...
12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı
- MEDİA-dan sərt açıqlama...
12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı
12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...
12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...
12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz...
Kəndlərimiz simasını itirir...
12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu
12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı...
Neçə dəfə olar?!
12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...
12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb
12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...
12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...
12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...
12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...
12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi -
siyasi gərginlik artır...
12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər -
Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...
12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...
12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...
12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur"
- Emin Hüseynov
12.06.2026 / 16:39
Merts qəti şərt qoydu -
Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...
12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...
12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...
12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında
- dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...
12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...
12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu
12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi
- YENİLƏNİB
12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü
12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir”
- Rizvan Qarabağlı
12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...
12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib
12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi
- YENİLƏNDİ
12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...
12.06.2026 / 12:58
QHT və özəl sektor arasında yeni tərəfdaşlıq təşəbbüsü başlayır
12.06.2026 / 12:33
Prezidentin köməkçisi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərini açıqladı...
12.06.2026 / 12:17
Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...
12.06.2026 / 11:53
"2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur"
- Nazir müavini
12.06.2026 / 11:34
"Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz"
- Ədliyyə rəsmisi
12.06.2026 / 11:16
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
12.06.2026 / 11:11
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanladı
12.06.2026 / 11:09
Prezident İlham Əliyev Putini təbrik etdi
12.06.2026 / 10:59
Yüksək vəzifəli şəxs SAXLANILDI
- Gömrükdə ƏMƏLİYYAT
12.06.2026 / 10:49
Ağdaşda avtomobili ildırım vurdu...
12.06.2026 / 10:40
DYP “Son zəng” ilə bağlı məzunlara və valideynlərə müraciət etdi
- bunlardan uzaq olun...
12.06.2026 / 10:32
"2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb"
- Prezidentin köməkçisi
12.06.2026 / 10:19
ƏHLİMAN ƏMİRASLANOV – MƏRHƏMƏTİN ELMƏ, ELMİN DÖVLƏTÇİLİYƏ ÇEVRİLDİYİ ÖMÜR
12.06.2026 / 10:04
“Son zəng”lə bağlı sürücülərə xəbərdarlıq edildi...
12.06.2026 / 09:46
Azərbaycan Rusiyanı təbrik etdi
12.06.2026 / 09:29
Goranboyda marketdə
MASKALI SOYĞUN...
12.06.2026 / 09:20
Aqrar sahədə yeni Dövlət Proqramı üzrə regional müşavirələrə start verilir
11.06.2026 / 23:51
Tramp İranla razılaşma əldə edildiyini bəyan etdi
– saziş Avropada imzalana bilər...
11.06.2026 / 23:06
Qadınların milliləşdirilməsi siyasətinin tərkib hissəsi
11.06.2026 / 22:40
Vüsal Tahirovun adının və soyadının leksik mənası və izahı
11.06.2026 / 21:20
Ermənistan hakimiyyəti konstitusiya dəyişikliyini aşkarca uzadır
- nazir özünü təkzib etdi...
11.06.2026 / 20:28
Paşinyan Gümrü bələdiyyə rəhbərliyini “dama basdı”
- üstəlik ultimatum verdi... tezliklə...
11.06.2026 / 20:01
Kreml İrəvandan "KTMT-də qalıb-qalmamağın" tezliklə həllini tələb etdi...
11.06.2026 / 19:33
İran-ABŞ danışıqları 12 milyarda görə dalana dirəndi...
11.06.2026 / 19:16
Aysel Əlizadənin “Xoşbəxtlik haqqında” kitabı çap olunub
11.06.2026 / 18:46
Neft 60 dollar bahalaşdı, ÜDM artmadı
- niyə?...
Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır
Populyar xəbərlər
Tarix: 21.05.2026 / 18:44
“Abituriyentləri dolaşdıran bir sual göstərin”
- Abbaszadənin cavabı verildi...
Tarix: 23.05.2026 / 18:36
Azərbaycanlı rejissor Saida Haqverdiyeva Türkiyədə “Gümüş Karyera” beynəlxalq mükafatına layiq görülüb
Tarix: 04.06.2026 / 11:59
Ləyaqətli məmur, bacarıqlı rəhbər...
Tarix: 18.05.2026 / 19:33
MDU-da “Dil, Təhsil, Tədqiqat və Dayanıqlılıq Sahəsində Müasir Problemlər” adlı Beynəlxalq Elmi Konfrans...
Tarix: 23.05.2026 / 10:58
Galt & Taggart:Bakı–Tbilisi dəmir yolunun yenidən açılması 2026-cı ildə turizmə müsbət təsir göstərəcək
XƏBƏR ARXİVİ