Britaniya Baş naziri Devid Kemeron Rusiyaya münasibətdə "yeni məhdudlaşdırıcı tədbirlərin” tətbiqini istisna etmir. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, SkyNews telekanalına açıqlamasında o, FTB-nin keçmiş zabiti Litvinenkonun müəmmalı ölüm işində Rusiya prezidenti Putinin adının hallandırılmasına münasibət bildirərkən deyib.
"Əlbəttə, biz bu tədbirlərin görülməsini istisna etmirik”- deyə o bildirib. Kemeron eyni zamanda deyib ki, ölkəsinin rəhbərliyi "Litvinenko işi” ilə bağlı özünün təşəbbüsü ilə hazırlanmış məruzəni detallı incələyir və nəticəyə uyğun olaraq qərar veriləcək.