Səudiyyə Ərəbistanının müftisi Əbdül-Əziz ibn Abdulla Əl əş-Şeyx şahmatın İslam qanunlarına zidd olduğunu bildirib. Baki-xeber.com-un utro.ru-ya istinadən xəbərinə görə, bu barədə "The Guardian” yazır.
Bu barədə suala o, məşhur bir teleşounun gedişində cavab verib. Müfti bu teleşoulardan adətən yeni fətvalarının yayımlanması üçün istifadə edir. Digər suallarla yanaşı o, şahmata olan münasibətini də açıqlayıb və bunun da azart oyunlar sırasına daxil olduğunu deyib. Bildirib ki, belə oyunlar zaman və pul itkisinə səbəb olmaqla yanaşı, həm də tərəflər arasında düşmənçilik və nifrətin yaranmasına səbəb olur. Müfti dediklərini müqəddəs Qurandan gətirdiyi ayə ilə əsaslandıraraq deyib ki, azart oyunlar da müqəddəs kitabın qadağaları sırasına daxildir.