Azərbacan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən köçürülüb. Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.
Vəkil bildirib ki, C.Hacıyev bu gün günorta saatlarında 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılıb. Hazırda onun səhhəti və saxlanma şəraiti normaldır.
Qeyd edək ki, C.Hacıyev ötən il dekabrın 30-da istintaq hərəkətləri ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasından 10 gün müddətinə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdi. Sabiq bank rəhbəri yanvarın 9-da 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarılmalı olsa da, bu gün qaytarılıb.