Avropa Olimpiya Komitəsi (AOK) bu gün Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanı idmanın və Olimpiya hərəkatının inkişafına verdiyi töhfəyə hörmət əlaməti olaraq "Xidmətlərə görə orden” ilə mükafatlandırıb. Bu barədə Trend Avropa Olimpiya Komitəsinə istinadən məlumat verir.
Mehriban Əliyeva mükafatı AOK prezidenti Patrik Hikkidən qəbul edib.