FTB-nin eks-zabiti Litvinenkonun ölüm işi ilə bağlı məruzədə Rusiya prezidenti Vladimir Putinin adı çəkilir. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, belə bir iddia ilə Britaniyanın "Times” qəzeti çıxış edib. Xəbərdə o da bildirilir ki, həmin məruzə cümə axşamı dərc ediləcək.
Daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, məruzə yayımlandıqdan sonra Kremldə müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, keçmiş KQB və FTB-nin eks-zabiti Litvinenko 2006-cı ilin 23 noyabr tarixində ona qonaq gəlmiş keçmiş kolleqaları Andrey Luqovoy və Dmitri Kovtunla çay içdikdən sonra vəziyyəti pisləşmiş və vəfat etmişdi. Sonradan müəyyən olunmuşdu ki, ölümə səbəb radioaktiv polonium maddəsilə zəhərlənmə olub.