Ötən gecə Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Anadolu" restoranında yanğın baş verib.Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyindən əldə etdiyi xəbərə görə, restoranın mətbəxinin tüstü borusunun şüşə pambıqdan ibarət üzlüyü alışıb. Vaxtında müdaxilə nəticəsində restoran yanğından mühafizə olunub. Xəsarət alan yoxdur. Yanğının səbəbi araşdırılır.